• https://modelmuessise.kobim.az/

    Azərbaycan Texniki Universiteti, H.Cavid prospekti 25, Baku, Azerbaijan, AZ 1073

KOBİM Naxçıvan

Haqqımızda

Model müəsissə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB subyektləri) inkişafı üçün yaradılan və “görmə, eşitmə və icraetmə” konsepsiyası əsasında fəaliyyət göstərən bir platformadır. Sənayeyönümlü KOB subyektlərinin istifadə edə bilməsi üçün ölkədə pilot layihələrdən sayılır. Müəssisənin qurulması ilkin planlaşdırmadan başlayaraq, ilk təlimin keçirilməsi üçün tələb olunan bütün zəruri avadanlıqların çatdırılması və quraşdırılması da daxil olmaqla, reallaşdırılıb. Burada əsas tərəflər sənaye assosiasiyalarından, özəl qurumlardan, universitetlərdən və digər maraqlı subyektlərdən ibarətdir. KOB subyektlərinin bu müəssisələrdən istifadə edərək istehsalda elementar qaydalar yaratmağa, idarəetmə prosedurlarını və təşkilati strukturu təkmilləşdirməyə, işçiləri istehsal proseslərinin təkmilləşdirilməsinə cəlb etməyə, itkiləri azaltmağa, istehsal dövrünün və resurslardan istifadənin (artıq avadanlıq və sahələrdən qurtulmaq, məşğulların sayını optimallaşdırmaq, əmək məhsuldarlığını yüksəltmək) göstəricilərini yaxşılaşdırmağa, müasir təşkilati innovasiyalardan istifadə etməyə imkan yaratmaqdır.

Məqsədimiz

Sahibkarlara real biznes proseslərinin mahiyyətini öyrətmək və istehsal mühitini dərindən dərk etmələrini təmin etmək; Müasir texnoloji avadanlıqların tanınması və onlardan istifadə bacarıqlarını aşılamaq; Vaxt və xərcə qənaət üsullarını öyrədərək KOB-ların rəqabət qabiliyyətini artırmaq; İdarəetmədə işçilərə texniki biliklər, liderlik və təşkilati bacarıqlar qazandırmaq; Təlim məqsədli istehsal şəraitində, kommersiya fəaliyyəti olmadan, sahibkarların praktiki vərdişlərini inkişaf etdirmək; KOB-ların istehsal proseslərini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəli idarəetmə sistemləri formalaşdırmaq.

Missiyamız

Model Müəssisə KOB İnkişaf Mərkəzinin missiyası mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) davamlı inkişafına dəstək göstərməkdir. Biz sahibkarlara real istehsal mühitində öyrənmək, təcrübə qazanmaq və müasir idarəetmə yanaşmalarını mənimsəmək üçün şərait yaradırıq. Missiyamız KOB-ların istehsalda itkilərini azaltmasına, resurslardan daha səmərəli istifadəsinə, əmək məhsuldarlığını artırmasına və müasir innovativ yanaşmaları tətbiq etməsinə dəstək olmaqdır.

Fəaliyyət

Fəaliyyət İstiqamətləri

Model Müəssisə KOB İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri sahibkarların həm istehsalat, həm də biznes bacarıqlarını inkişaf etdirməyə, onların rəqabət qabiliyyətini artırmağa və davamlı inkişafına dəstək verməyə yönəlib. İstehsalat təlimləri: Sənayeyönümlü sahibkarların istehsal proseslərini müasir yanaşmalarla təkmilləşdirməsi üçün geniş təlim proqramları təqdim olunur. Bu təlimlər real istehsal şəraitində tətbiq olunan qabaqcıl metodologiyaları əhatə edir. Biznes təlimləri: KOB subyektlərinin biznes yönümlü bacarıqlarını artırmaq üçün müxtəlif mövzuları əhatə edən təlimlər keçirilir: Qənaətcillik layihəsi: Seçim proseduru əsasında müəyyən olunmuş və kriteriyalara cavab verən 5 kob subyektinə təqdim olunan xüsusi məsləhət xidmətləridir. Layihə çərçivəsində hər bir seçilmiş KOB subyektinə fərdi yanaşma tətbiq edilir və onların istehsal müəssisələrində il boyu səmərəliliyin artırılmasına yönəlmiş kompleks dəstək göstərilir.

MÜRACİӘT FORMASI

Gәlin birlikdә inkişaf edәk