Xəbərlər
"Doğru təchizatçı seçimi" mövzusunda təlim keçirilib.
09.09.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB İnkişaf Mərkəzində kiçik və orta biznes müəssisələrinin əməkdaşlarına "Doğru təchizatçı seçimi" mövzusunda təlim keçirilib. Təlimdə 9 nəfər iştirak edib. Təlim zamanı KOB İnkişaf Mərkəzinin peşəkar eksperti iştirakçılara təchizatçı seçiminin əhəmiyyəti, təchizatçı seçimində əsas meyarlar, təchizatçı ilə uzunmüddətli əməkdaşlıq, uğurlu təchizatçı seçiminin nümunələrindən danışıb. Qeyd edək ki, bu təlimlər tamamilə ödənişsizdir və sonda sertifikat verilir. İştirak etmək üçün 0553206221 nömrəsinə yaza bilərsiniz.
Xəbərlər
"Layihələrin planlaşdırılması" mövzusunda təlim keçirilib
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...
Xəbərlər
"PR-ın satışa təsiri" mövzusunda təlim keçirilib.
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...