Xəbərlər
Exceldən effektiv istifadə mövzusunda təlim təşkil edilib
07.11.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB İnkişaf Mərkəzində kiçik və orta biznes subyektlərinin əməkdaşları üçün “Exceldən effektiv istifadə” mövzusunda təlim təşkil edilib. Təlimdə ümumilikdə 17 iştirakçı yer alıb. Təlim zamanı KOB İnkişaf Mərkəzinin peşəkar eksperti iştirakçılara Excel proqramının interfeysi və əsas menyuları, məlumatların daxil edilməsi və formatlaşdırılması qaydaları, eləcə də əsas formul və funksiyalardan istifadə, avtomatlaşdırma və iş proseslərinin səmərəliliyinin artırılması üzrə praktiki biliklər təqdim edib. Qeyd edək ki, KOB İnkişaf Mərkəzinin təlimləri tamamilə ödənişsiz keçirilir və iştirakçılara sonda sertifikat verilir. Təlimlərə qoşulmaq üçün 055 320 62 21 nömrəsinə yaza bilərsiniz.
Xəbərlər
"Layihələrin planlaşdırılması" mövzusunda təlim keçirilib
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...
Xəbərlər
"PR-ın satışa təsiri" mövzusunda təlim keçirilib.
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...