Xəbərlər
"Layihədə vaxt və resursların effektiv istifadəsi" mövzusunda təlim keçirilib.
01.09.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB İnkişaf Mərkəzində kiçik və orta biznes müəssisələrinin əməkdaşlarına "Layihədə vaxt və resursların effektiv istifadəsi" mövzusunda təlim keçirilib. Təlimdə 16 nəfər iştirak edib. Təlim zamanı KOB İnkişaf Mərkəzinin peşəkar eksperti iştirakçılara layihə idarəetməsində vaxtın rolu, resursların səmərəli bölgüsü, vaxt və resurs idarəetməsində qarşılaşılan problemlər, effektiv idarəetmə üçün praktik üsullardan danışıb. Qeyd edək ki, bu təlimlər tamamilə ödənişsizdir və sonda sertifikat verilir. İştirak etmək üçün 0553206221 nömrəsinə yaza bilərsiniz.
Xəbərlər
"Layihələrin planlaşdırılması" mövzusunda təlim keçirilib
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...
Xəbərlər
"PR-ın satışa təsiri" mövzusunda təlim keçirilib.
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...