Xəbərlər
“Müştəri səni hardan tapsın? Sayt, yoxsa sosial media?” mövzusunda təlim keçiriləcək.
Model Müəssisə KOB İnkişaf Mərkəzində “Müştəri səni hardan tapsın? Sayt, yoxsa sosial media?” mövzusunda təlim keçiriləcək. Təlim zamanı Model Müəssisə KOBİM-in peşəkar eksperti Elçin Qurbanov aşağıdakı mövzulardan danışacaq: • Sayt və sosial medianın üstünlükləri; • Hədəf auditoriyanı müəyyənləşdirmək; • Rəqəmsal platformaların effektiv istifadəsi; • Müştəri cəlb etmə strategiyaları. 📅 Təlim 24.07.2025-ci il tarixində, saat 12:00-da, Azərbaycan Texniki Universitetində (H.Cavid prospekti 25) keçiriləcək. Təlimdə iştirak etmək istəyənlər +994 55 320 62 21 nömrəsi ilə əlaqə saxlaya bilərlər. 📌 Qeyd edək ki, Model Müəssisə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Layihələrin planlaşdırılması" mövzusunda təlim keçirilib
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...
Xəbərlər
"PR-ın satışa təsiri" mövzusunda təlim keçirilib.
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...