Xəbərlər
"Effektiv Təqdimat Bacarıqları" mövzusunda təlim keçirilib.
01.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB İnkişaf Mərkəzində kiçik və orta biznes qurumlarının əməkdaşlarına "Effektiv Təqdimat Bacarıqları" mövzusunda təlim keçirilib. Təlimdə 10 nəfər iştirak edib. Təlim zamanı KOB İnkişaf Mərkəzinin peşəkar eksperti iştirakçılara auditoriya ilə ünsiyyətin qurulması, mesajın aydın və inandırıcı çatdırılması, bədən dili və səs tonu kimi vacib elementlərdən bəhs edib. Qeyd edək ki, bu təlimlər tamamilə ödənişsizdir və sonda sertifikat verilir. İştirak etmək üçün 0553206221 nömrəsinə yaza bilərsiniz.
Xəbərlər
"Layihələrin planlaşdırılması" mövzusunda təlim keçirilib
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...
Xəbərlər
"PR-ın satışa təsiri" mövzusunda təlim keçirilib.
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...