Xəbərlər
Satış psixologiyası mövzusunda təlim keçirilib
14.10.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB İnkişaf Mərkəzində kiçik və orta biznes müəssisələrinin əməkdaşlarına "Satış psixologiyası" mövzusunda təlim keçirilib. Təlimdə 14 nəfər iştirak edib. Təlim zamanı KOB İnkişaf Mərkəzinin peşəkar eksperti iştirakçılara alıcının davranışının psixoloji əsasları, müştəri növləri və davranış tipləri, inandırma və təsir etmə prinsipləri, etirazların idarə olunması psixologiyasından danışıb. Qeyd edək ki, təlimlər tamamilə ödənişsizdir və sonda sertifikat verilir. İştirak etmək üçün 0553206221 nömrəsinə yaza bilərsiniz.
Xəbərlər
"Layihələrin planlaşdırılması" mövzusunda təlim keçirilib
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...
Xəbərlər
"PR-ın satışa təsiri" mövzusunda təlim keçirilib.
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...