Xəbərlər
Təchizat zəncirində resursların idarəedilməsi mövzusunda təlim keçiriləcək
Model Müəssisə KOB İnkişaf Mərkəzində “Təchizat zəncirində resursların idarəedilməsi” mövzusunda təlim keçiriləcək. Təlim zamanı Model Müəssisə KOBİM-in peşəkar eksperti Sərxan Sraclı aşağıdakı mövzulardan danışacaq: - Təchizat zəncirindəki resurslar; - Tələb və təchizatın proqnozlaşdırılması; - Material və inventar resurslarının idarəedilməsi; - İnsan və maliyyə resurslarının idarəedilməsi. Təlim 24.11.2025-ci il tarixində, saat 13:00-da, Azərbaycan Texniki Universitetində (H.Cavid prospekti 25) keçiriləcək. Təlimdə iştirak etmək istəyənlər +994 55 320 62 21 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, Model Müəssisə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Layihələrin planlaşdırılması" mövzusunda təlim keçirilib
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...
Xəbərlər
"PR-ın satışa təsiri" mövzusunda təlim keçirilib.
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...