Xəbərlər
Təqdimat bacarıqları mövzusunda təlim keçiriləcək
Model Müəssisə KOB İnkişaf Mərkəzində “Təqdimat bacarıqları” mövzusunda təlim keçiriləcək. Təlim zamanı Model Müəssisə KOBİM-in peşəkar eksperti Kamil Yaqubov aşağıdakı mövzulardan danışacaq: - Auditoriya analizi və mesajın uyğunlaşdırılması; - Təqdimatın planlaşdırılması və strukturlaşdırılması; - Sözsüz kommunikasiya və bədən dili; - Həyəcan və gərginliyin idarə olunması. Təlim 10.12.2025-ci il tarixində, saat 10:00-da, Azərbaycan Texniki Universitetində (H.Cavid prospekti 25) keçiriləcək. Təlimdə iştirak etmək istəyənlər +994 55 320 62 21 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, Model Müəssisə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Layihələrin planlaşdırılması" mövzusunda təlim keçirilib
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...
Xəbərlər
"PR-ın satışa təsiri" mövzusunda təlim keçirilib.
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...