Xəbərlər
"Yaşıl brendinq və PR" mövzusunda təlim keçirilib
30.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB İnkişaf Mərkəzində kiçik və orta biznes müəssisələrinin əməkdaşlarına "Yaşıl brendinq və PR" mövzusunda təlim keçirilib. Təlimdə 5 nəfər iştirak edib. Təlim zamanı KOB İnkişaf Mərkəzinin peşəkar eksperti iştirakçılara yaşıl brendin formalaşdırılması, ekoloji dəyərlərin kommunikasiya strategiyaları, media və ictimaiyyətlə münasibətlərin qurulması, davamlılıq mövzusunda PR kampaniyalarından bəhs edib. Qeyd edək ki, bu təlimlər tamamilə ödənişsizdir və sonda sertifikat verilir. İştirak etmək üçün 0553206221 nömrəsinə yaza bilərsiniz.
Xəbərlər
"Layihələrin planlaşdırılması" mövzusunda təlim keçirilib
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...
Xəbərlər
"PR-ın satışa təsiri" mövzusunda təlim keçirilib.
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...