Xəbərlər
Yaşıl iqtisadiyyatda data analitikanın tətbiqi mövzusunda təlim keçiriləcək.
Model Müəssisə KOB İnkişaf Mərkəzində “Yaşıl iqtisadiyyatda data analitikanın tətbiqi” mövzusunda təlim keçiriləcək. Təlim zamanı Model Müəssisə KOBİM-in peşəkar eksperti Ruslan Məmmədov aşağıdakı mövzulardan danışacaq: - Enerji səmərəliliyi və resurs istifadəsində data analitika; - İqlim dəyişikliklərinin proqnozlaşdırılmasında data modelləri; - Yaşıl layihələrin risk və gəlir analitik modelləri; - Ekoloji siyasətlərin formalaşmasında data əsaslı qərarvermə. 📅 Təlim 29.10.2025-ci il tarixində, saat 15:00-da, Azərbaycan Texniki Universitetində (H.Cavid prospekti 25) keçiriləcək. Təlimdə iştirak etmək istəyənlər +994 55 320 62 21 nömrəsi ilə əlaqə saxlaya bilərlər. 📌 Qeyd edək ki, Model Müəssisə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Layihələrin planlaşdırılması" mövzusunda təlim keçirilib
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...
Xəbərlər
"PR-ın satışa təsiri" mövzusunda təlim keçirilib.
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...