Xəbərlər
Yaşıl iqtisadiyyatda data analitikanın tətbiqi mövzusunda təlim keçirilib
29.10.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB İnkişaf Mərkəzində kiçik və orta biznes müəssisələrinin əməkdaşlarına "Yaşıl iqtisadiyyatda data analitikanın tətbiqi" mövzusunda təlim keçirilib. Təlimdə 13 nəfər iştirak edib. Təlim zamanı KOB İnkişaf Mərkəzinin peşəkar eksperti iştirakçılara enerji səmərəliliyi və resurs istifadəsində data analitika, iqlim dəyişikliklərinin proqnozlaşdırılmasında data modelləri, yaşıl layihələrin risk və gəlir analitik modelləri, ekoloji siyasətlərin formalaşmasında data əsaslı qərarvermədən danışıb. Qeyd edək ki, təlimlər tamamilə ödənişsizdir və sonda sertifikat verilir. İştirak etmək üçün 0553206221 nömrəsinə yaza bilərsiniz.
Xəbərlər
"Layihələrin planlaşdırılması" mövzusunda təlim keçirilib
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...
Xəbərlər
"PR-ın satışa təsiri" mövzusunda təlim keçirilib.
14.07.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Model Müəssisə KOB ...