Xidmətlərimiz
Xidmətlərimiz
Qənaətcillik Layihəsi
Təlim
Qənaətcillik layihəsi seçim proseduru əsasında müəyyən olunmuş və kriteriyalara cavab verən 5 kob subyektinə təqdim olunan xüsusi məsləhət xidmətləridir. Layihə çərçivəsində hər bir seçilmiş KOB subyektinə fərdi yanaşma tətbiq edilir və onların istehsal müəssisələrində il boyu səmərəliliyin artırılmasına yönəlmiş kompleks dəstək göstərilir.
Bu xidmətə daxildir:
Şirkətlərin istehsal proseslərinin mövcud vəziyyətinin yerində qiymətləndirilməsi və təhlili;
İtki və əlavə xərclərin aşkar edilməsi, məhsuldarlığı artırmağa yönəlmiş diaqnostika;
Şirkətə uyğun qənaətcillik strategiyasının hazırlanması;
İstehsal proseslərinin təkmilləşdirilməsi üzrə praktiki yaxşılaşdırma əməliyyatlarının həyata keçirilməsi;
İllik dövr ərzində müəssisədə yerində məsləhət dəstəyi və mütəmadi izləmə;
Zərurət yarandıqda əlavə konsultasiyaların və mütəxəssis dəstəyinin göstərilməsi.